Azərbaycanda koronavirusdan daha 19 nəfər öldü - SON SUTKADA YOLUXMA SAYI CİDDİ ARTIB

Baxış sayı:
1163

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1849 yeni yoluxma faktı qeydə alınıb, 1048 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 19 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ümumilikdə 73 429nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 54 049 nəfər müalicə olunaraq sağalıb, 946 nəfər vəfat edib, aktiv xəstə sayı 18 434nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 325, ötən müddət ərzində isə ümumilikdə 1 502 707test aparılıb.