Azərbaycanda koronavirusa yoluxanların sayı artır - SON SUTKADA DAHA 10 NƏFƏR ÖLDÜ

Baxış sayı:
1069

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 175 yeni yoluxma faktı qeydə alınıb, 614 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 56 444nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 44 157 nəfər müalicə olunaraq sağalıb, 740 nəfər vəfat edib, aktiv xəstə sayı 11 547nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 632, ötən müddət ərzində isə ümumilikdə 363 539test aparılıb.