Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 3 NƏFƏR DƏ VƏFAT ETDİ / FOTO

Baxış sayı:
959

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 403 yeni yoluxma faktı qeydə alınıb, 127 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 236 768 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 229 718 nəfər müalicə olunaraq sağalıb, 3 241 nəfər vəfat edib, aktiv xəstə sayı 3 809 nəfərdir.

Ölkədə son sutka ərzində 8 169, hazırkı dövrədək isə 2 653 375 test aparılıb.