​Azərbaycanda koronavirusa yoluxanların sayı 926 nəfərə çatdı – 9 NƏFƏR ÖLÜB

Baxış sayı:
3214

Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxanların sayı açıqlanıb.
Muxalifet.az
xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Hazırkı dövrədək ölkəmizdə 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 101 nəfəri müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib, 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.