Azərbaycanda koronavirusa yoluxanların sayı 359 nəfərə çatdı - RƏSMİ AÇIQLAMA
1-04-2020 14:28
Baxış sayı:
3070

Azərbaycanda koronavirusa görə xüsusi rejimli xəstəxanalara yerləşdirilənlərin sayı açıqlanıb.
Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 359 şəxsdən 26 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib, 328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərinli orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.