Azərbaycanda koronavirusa yoluxan deputatın adı bəlli oldu – FOTO / YENİLƏNİB

Baxış sayı:
2107

Milli Məclisin deputatı Sahib Alıyev COVID-19 virusuna yoluxub.

Muxalifet.az xəbər verir ki, bu barədə Facebook-da 55 yaşlı deputatın özü bildirib.

“Koronavirus testinin nəticəsini aldım, təəssüf ki, nəticə pozitivdir”, – o, əlavə edib.

Koronavirusa yoluxduğu deyilən Sahib Alıyev danışdı Yeni Sabah

*** 13:11

Azərbaycan Milli Məclisinin deputatlarından biri koronavirusa yoluxub. 

Muxalifet.az xəbər verir ki, bu barədə azpolitika.info-ya mötəbər mənbələrdən məlumat daxil olub.

Müəyyən səbəblərdən həmin deputatın adını çəkməyə ehtiyac görmürük. Ancaq qeyd edək ki, Milli Məclisin sonuncu iclasında deputatlardan Sahib Alıyev, Siyavuş Novruzov, İmamverdi İsmayılov, Fəttah Həydərov, Oqtay Əsədov və bir neçə başqa deputat iştirak etməyib.