Azərbaycanda “koksaki” virusu yayılıb? – Rəsmi açıqlama

Baxış sayı:
7807

Səhiyyə Nazirliyi Azərbaycanda “koksaki” virusunun yayılması barədə səslənən fikirlərə münasibət bildirib.

Nazirliyin Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Azərbaycanda “koksaki” virusunun yayılması barədə məlumatlar düzgün deyil.

Belə ki, Azərbaycanda indiyədək aparılan laborator müayinələr zamanı “koksaki” virusuna yoluxma halı aşkarlanmayıb.

Nazirlikdən Azərbaycanda yoluxucu xəstəliklərə qarşı ciddi əks-epidemik tədbirlərin aparıldığı da bildirilib.

Qeyd edək ki, hüceyrədaxili parazit sayılan “koksaki” virusuna yoluxan insanlarda qızdırma, ishal əlamətləri, səpki özünü göstərir. “Koksaki” virusu qrip virusu kimi insanlara daha çox hava-damcı yolu ilə keçir. Buna görə də xəstəlik insanlar arasında sürətlə yayılır. Bu virusa məktəbəqədər və məktəbyaşlı uşaqlar daha çox yoluxurlar.