Azərbaycanda kişi qardaş və bacısını bıçaqladı - TƏFƏRRÜAT

Baxış sayı:
12829

Qobustan rayonunda baş verən bıçaqlanma hadisəsinin bəzi təffərrüatları məlum olub.

Nərimankənd kəndində kişi öz bacısı,1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızını və qardaşı 1959-cu il təvəllüdlü Qurbanov Kamil Bəybala oğlunu bıçaqlayıb.

Hər iki şəxs təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, hadisə mülk məsələsinə görə baş verib.

***

3 sentyabr 22:17

Qobustan rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Nərimankənd kəndində qeydə alınıb.

Belə ki, 1966-cı il təvəllüdlü Qurbanova Məlahət Bəybala qızı qardaşı tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona döş qəfəsinin sol yarısının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyilç/Report