Azərbaycanda keçmiş polis rəisi koronavirusa yoluxdu - VİDEO

Baxış sayı:
1414

"Evdə temperaturumun qalxdığını hiss edən zaman təcili tibbi yardıma müraciət etdim".

Bunu Füzuli rayonunun keçmiş polis rəisi, Qarabağ müharibəsinin iştirakçısı olmuş Bünyad Məmmədov AzTV-yə müsahibəsində deyib.

Koronavirusa yoluxmuş 72 yaşlı B.Məmmədov xəstəxanalardan birinin xüsusi təhlükəli infeksiya şöbəsində müalicə alır.

O bildirib ki, daha sonra həkimlər onu xəstəxanaya aparıblar: "Dövlətin qoyduğu qanunlara riayət edilməlidir ki, xəstələnməyək, müəyyən hisslərə düçar olmayaq.

20 il müharibədə olmuşam. Koronavirusla da müharibə aparacağam, ancaq o müharibə ilə bu mübarizə, demək olar ki, eynidir. Diqqətli olmaq, ciddi yanaşmaq, özünü qorumaq lazımdır".

B.Məmmədovun qısa müsahibəsinə videonun 04:35-ci dəqiqəsində baxa bilərsiniz.