Azərbaycanda keçmiş məhkum polisi bıçaqladı - SƏBƏBİ İSƏ...

Baxış sayı:
14062

Mingəçevirdə polis əməkdaşı bıçaqlanıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, əvvəllər  məhkum olunmuş şəhər sakini Xamis Sadıqov küçədə nalayiq ifadələr işlədib. Bu zaman ərazidə olan polis əməkdaşı Məmmədov Rəşad  Məzahir oğlu keçmiş məhkumdan söyüş söyməməyi xahiş edib. X.Sadıqov isə polis mayoruna bıçaqla xəsarət yetirib.

Hadisəni törədən X.Sadıqov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.