“Azərbaycanda inqilabda maraqldırlar və burada çevriliş etmək istəyərlər...” – Politoloq: “UKRAYNA HADİSƏLƏRİ AZƏRBAYCAN ÜÇÜN SİQNALDIR ”

Baxış sayı:
11254

“Azərbaycan burada təhlükəni hiss edib, özü islahatlar edir ki, xarici qüvvələrə əsas verməsin ki, burada əhalinin sosial vəziyyətindən, problemlərindən istifadə edib, onları hakimiyyətə qarşı qaldırsınlar”

Aprelin 21-də Ukrayanda keçirilən ikinc tur prezident seçkilərində şoumen Vladimir Zelenski indiki prezident Pyotr Poroşenkoya böyük səs fərqi ilə qalib gəlməsinə rəğmən, əksər politoloqlar P. Poroşenkonun qalib gələcəyini proqnoz edirdilər. Hətta misal kimi Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci turunda inzibati resurslar hesabına Salome Zurabişvilinin prezident seçilməsini qeyd edirdilər. Ancaq, göründüyü kimi, Gürcüstandan fərqli olaraq Ukraynada demokratiya qalib gəldi, Poroşenkonun əlindəki inzibati resurslar da onun növbəti dəfə prezident seçilməsinə kömək edə bilmədi, xalqın səsi həlledici oldu. Bununla Ukrayna postsovet ölkələri içərisində daha demoktik seçki ənənəsinə malik olduğunu sübut etdi.
Bu həm də o deməkdir ki, demokratiya Ukraynadan Cənubi Qafqaz ölkələrinə ixrac oluna bilər. Çünki 2004-2005-ci illərdə Ukraynada “narınıcı inqilab”dan sonra Gürcüstanda, Ermənistanda “narıncı inqilab”lar oldu. Düzdür, Ermənistanda bu inqilab nəticə vermədi. Amma Gürcüstanda siyasi sistem dəyişdi. Ukraynada isə indi də demokratik seçki keçirilməklə, Poroşenkonun yaratdığı siyasi sistem çökdürüldü.
Maraqlıdır ki, Ukraynada siyasi sistemin dəyişməsinin Azərbaycandakı proseslərə təsiri olacaqmı? Bildiyimiz kimi, Azərbaycanda prezident seçkilərinin keçirilməsinə xeyli vaxt qalsa da, gələn il ölkədə parlament seçkiləri keçiriləcək. Hətta bu ilin sonuna kimi də növbədənkənar parlament seçkilərinin keçirilməsi istisna deyil. Bu baxımdan, Ukraynada keçirilən demokratik seçkilərin Azərbaycana təsiri olub-olmaması da sual doğurur.

“Rusiya Ukraynanı özünün ayrılmaz bir hissəsi olaraq görür”

Ukraynadakı seçkilərin Azərbaycana təsirinin olub-olmaması ilə bağlı fikirlərini bölüşən politoloq Nəzakət Məmmədova “Hürriyyət”ə deyib ki, Ukraynadakı “narıncı inqilab”ın Cənubi Qafqaza, Gürcüstana, Ermənistana ixracı olmayıb: “Çünki daha çox postsovet ölkələrində “narıncı inqilab” yolu ilə hakimiyyətləri dəyişmək kimi bir ümimi plan olub. Heç kəsə də sirr deyil ki, bu plan müəyyən dairələr tərəfindən ortaya atılıb və Soros tərəfindən işlənib, hazırlanıb. Yəni Ukayna, Gürcüstan üçün ayrı-ayrı planlar hazırlanıb. Amma məhz Ukraynadakı proseslərin Gürcüstana təsir etməsi inandırıcı deyil. Ukrayanda, Ermənistanda, Gürcüstanda, Qırğıszıstanda Sorosun planı əsasında inqilablar olub. Təbbi ki, Soros da bunu özbaşına etmir. Bu, dünyanı idarə edən böyük güclərin, nüfuzlu ailələrin planı əsasında baş tutub. Aydındır ki, Qərb özünün maraq dairəsində olan, nüfuz dairəsinə daxil etdiyi postsovet ölkələrini “rəngli inqab”lar yolu ilə dəyişdirib, özünə loyal şəxsləri hakimiyyətə gətirib. Gördüyümüz kimi, Ukraynada Maydan hadisələrindən sonra bu ölkə Qərbə doğru sürətlə yol almağa başladı, Qərbə inteqrasiya kursu götürdü. Bu da Rusiya ilə böyük problemlərə gətirib çıxartdı və bundan sonra da çıxardacaq. Çünki Ukrayna slavyan dünyasının ayrılmaz bir hisssəsidir və Rusiya onu özünün ayrılmaz bir hissəsi olaraq görür. Çünki slavyan köklü xalqlardır və Ukrayanın Rusiyadan qoparılması slavyan sivlizasiyası üçün böyük bir zərbə olar. Eyni zamanda da böyük Avrasiya lahiyəsi var ki, Rusiyanın orada mərkəzi ölkələrdən biri olmaq planı var. Bu, onun qarşısını almaq məqsədi daşıyır. Yəni Ukrayna Şərqi Avropada Rusiyanın sərhədlərində, Qara, Azov dənizi hövzələrində Qərbin anklavı olur və Rusiya bununla böyük inteqrasiya layihələri həyata keçirə bilmir, əksinə slavyan sivlizasiyası parçalanır ki, bu da Rusiyanın geosiyasi planlarına olduqca böyük zərbədir”.

“Baş verən hadisələrin bizə təsiri gözlənilmir”

N.Məmmədova vurğuladı ki, Ermənistan və Gürsüstanın Qərbin planlarında yeri bir başqadır, Azərbaycanın yeri isə tamam başqadır: “ Düzdür, biz ümumi olaraq Gürcüstanı, Azərbaycanı, Ermənistanı bir götürürük. İlk növbədə, biz Qərbin nəzərində ümumi bir regionun ayrı-ayrı hissələriyik və burada hegemonluq etmək istəyən, geostrateji planları olan istənilən xarici güc hər üç respublikanı - Gürcüstanı, Azərbaycanı, Ermənistanı bir götürür, onları bir-birindən ayırmır. Lakin Ukraynada Zelenskinin hakimiyyətə gəlməsi və sistemin dəyişməsinin Azərbaycana təsiri olmayacaqdır. Çünki Ukrayna tamam başqa bir ölkə kimi götürülür. Ona görə də Ukrayna, Ermənistan, Gürcüstan, Azərbaycanı ümumiləşdirib bir götürmək olmaz. Bunların birində baş verən prosesin digərlərinə domino effekti kimi təsiri indiyə qədər görünməyib, olması ehtimalı da yoxdur. Məsələn, Ermənistanda rəngli inqilab baş verdi, məntiqlə bu Grücüstana da, Azərbaycana da sürətlə yayılmalı idi. Çünki eyni regiondu, amma baş vermədi. Ona görə ki, biz eyni regionda olsaq da, bizim milli mentalitetdən tutmuş mədəniyyat, siyasi sistem, xarici əlaqələr, geosiyasi planlarımız tamamilə fərqlidir. Ona görə də orada baş verən hadisələrin bizə təsiri gözlənilmir. Görün, Maydan hadisələri neçə illərdir davam edir, ən azı Poroşenkonun özü 5 ildir hakimiyyətdədir, bu hadisələr hələ də davam edir. Ondan əvvəl də “narıncı inqilab” baş vermişdi. Yəni Ukraynada baş verən o boyda hadisələrin Azərbaycana təsiri olmadısa, indi bir şəxsin hakimiyyətə gəlməsinin heç bir təsiri olmayacaq. Zelenski orada kiçik bir fiqurdur, peşəkar siyasətçi də deyil. O, sadəcə, bir fiqur kimi hakimiyyətə gətirilib. Yəni onun hakimiyyətə gəlməsinin Azərbyacana qətiyyən heç bir aidiyyatı olmayacaq. Mən buna əminəm. Ukraynada gedən proseslər böyük geosiyasi planların, qarşıdurmaların nəticəsidir və orada bir şəxsin hakimiyyətə gəlməsi, heç nəyi dəyişən deyil, Sakaaşvili də orada hakimiyyətə gəlsəydi belə, Ukraynada baş verənlərin Azərbaycana heç bir aidiyyatı yoxdur. Ukrayna özünə görə unikal bir ölkədir. Slvayan svilzasiyanın bir hissəsidir, provslav ölkəsdir. Onun Rusiya ilə tarixi birlikləri, eyni zamanda Qolodomor hadisələri kimi ədavətləri var. Ukrayna Qara və Azov dənizi, eyni zamanda Şərqi Avropa ragionudur. Gürcüstan isə öz unikallığı ilə daha fərqlidir. Azərbaycan isə daha fərqlidir. On görə də oradakı hadisələrin Azərbaycana qətiyyən aidyyatı yoxdur. Adətən politoloq proqnoz verəndə heç nəyi əminliklə deməməlidir, amma mən əminlikər deyirəm ki, Ukraynada siyasi sistemin dəyişməsinin Azərbaycana təsiri olmayacaq. Çünki Azərbaycanın Qərblə neft kontraktı olduğu üçün BP burada sabitlikdə maraqlıdır. Ona görə, İngiltərənin indiki Azərbaycan hökumətinn saxlanılmasında marağı var. Türkiyənin də burada rolu var. 2023-cü ildə də Cümhurriyyətin 100 illiyi ilə bağlı Türkiyənin böyük layihələri var, onu Azərbaycanla həyata keçirir. Bu baxımdan, Azərbaycanın indiki hakimiyyətinin saxlanılmasında, ölkəmizidə sabitlikdə Türkiyə də maraqlıdır. Türkiyə buna, BP buradakı neft maraqlarına görə burada sabitlik istəyir. Rusiya da burada indiki hakimiyyətlə işləmək istəyir. Ona görə, burada sabitlikdə maraqlıdır. Yəni, sabitliyin qorunmasında böyük dövlətlərlə əlaqələr o cür qurulub ki, burada sabitlik saxlanılsın, inqilab baş verməsin. Təbii ki, Soros və Qərbdə müəyyən dairələr ola bilər ki, Azərbaycanda inqilab da maraqldırlar və burada çevriliş etmək istəyərlər. Ona görə də Azərbaycan burada təhlükəni hiss edib, özü islahatlar edir ki, xarici qüvvələrə əsas verməsin ki, burada əhalinin sosial vəziyyətindən, problemlərindən istifadə edib, onları hakimiyyətə qarşı qaldırsınlar. Ona görə də Azərbaycan hökuməti özü islahatlar edir ki, bu inqilab üçün əsas verməsin. Bu nəzərə alınır. Çox da təbiidir, yəni istəyir ki, hakimiyyət saxlanılsın. Yəni Azərbaycanda yaxın vaxtlarda inqilab ehtimalı çox zəifdir, bunun üçün zəmin yoxdur”.

N.Məmmədovanın fikrincə, böyük ehtimalla hakimiyyət növbəti parlament seçkilərində çalışacaq ki, müəyyən kriteriyalara cavab verən gənc, Qərbyönmül, xarici diləri bilən, savadlı müasir dünya görüşü olan şəxslər millət vəkili seçilsin, parlamentin bu cür şəxslərdən formalaşması üçün onların namizədliklərini dəstəkləsin: “Bununla Qərbə göstəriləcək ki, demokratik, müasir fikirli şəxslərdən ibarət bizim parlament var və burada inqilaba ehtiyac yoxdur. Bu baxımdan, hakimiyyət özü o islahatlara gedir. Çünki o islahatlara getməsə, kənar qüvvələr burada inqilab yolu ilə hakimiyyəti dəyişməyə çalışacaqlar, xalqın narazılğından, müəyyən problemlərdən istifadə edib, hakimiyyətə dəyişməyə çalışan qüvvələr var. Təbii ki, hakimiyyət də bunu görür, bilir. Ona görə də özü o islahatlara gedir və bu islahatlara getməklə, onlara əsas vermək istəmir ki, onlar Azərbaycanda çevriliş, qiyam, inqilab kimi zorakı yollara əl atsınlar və hakimiyyəti xarici qüvvələr formalaşdırsın. Təbii ki, hər bir hakimiyyətin yaşama instinkti var və o təhlükəni hiss edəndə bütün resursları işə salır ki, o təhlükəni dəf etsin. Azərbaycan hakimiyyəti də bu prosesi ağrısız keçirtmək istəyir ki, islahatlar keçirilsin, narazlıq aradan qaldırılsın, xalqın məmnunluğunu təmin etsin və bununla da inqilab üçün zəmin olmasın. Hakimiyyət başa düşür ki, artıq onun başının üzərində qara buludlar, təhlükə var, xarici qüvvələr burada da fəaldır, hakimiyyəti devirməyə çalışırlar. Zatən, neçə dəfə Azərbaycanın müasir tarixində buna cəhd olub və İlham Əliyevin özünün də hakimiyyətinə qarşı dəfələrlə belə təhdidlər olub. Hakimiyyət komandası bu islahatları həyata keçirməklə bu prosesi istədikləri kimi idarə etmək istəyilrər. Hər halda növbədənkənar seçkilər keçiriləcəksə, deməli, bunun üçün bir əsas olacaq və o parlament bu parlamentdən çox fərqli olacaq. Çünki növbədənkənar seçkiyə gedən hakimiyyət təbii ki, orada dəyişiklik naminə bunu edir. İstəyir ki, fərqli bir parlament olsun. Əgər bütün müqavimətlərə, maneələrə baxmayaraq hakimiyyət növbədənkənar seçkilərə gedəcəksə, deməli, həmin parlament bugünkü parlamentdən çox fərqli olacaq”.

“Ukrayna hadisələri Azərbaycan üçün bir siqnaldır”

N. Məmmədova hesab edir ki, Ukrayna hadisələri bütün postsovet ölkələri, o cümlədən də Azərbaycan üçün bir siqnaldır: “Yəni orada baş verənlərin bura daha çox psixoloji təsiri ola bilər. Yəni ki, “gözüçıxmış qardaşından dərs götür” mesajıdır. Orada o hadisələr baş verirsə, burada da ola bilər. Niyə də yox? Bax, bunu hakimiyyətlər anlayıb tədbir görürlərsə, xilas olurlar. Çünki “rəngli inqilab” dalğası gəlir. İstisna olunmur ki, bu inqilab hansı ölkəni ağuşuna alacaq. Heç bir postsovet ölkəsi bu rəngli inqilabdan sığortalanmayıb. Ona görə, hakimiyyətlər özləri islahata getməlidir və gedir ki, öz hakimiyyətini qorusun”.

Hurriyyet.org