Azərbaycanda ilk dərs günündə faciə: Sinif otağının tavanı çökdü - FOTOLAR
16-09-2019 14:15
Baxış sayı:
7789
Goranboyun Boluslu kəndində yeni dərs ilinin ilk günü məktəbin tavanı çöküb.
hadisə ilk dərs saatında 2-ci siniflərin dərs aldığı sinif otağında baş verib.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Valideynlər bildirib ki, hadisə baş verən məktəb qəzalı vəziyyətdədir. Həmin məktəb 1967-ci ildə istifadəyə verilib.