Azərbaycanda Həkimlər Birliyinin yaradılması nə üçün lazımdır... – TANINMIŞ CƏRRAH YAZIR

Baxış sayı:
313

Azərbaycan Respublikasının Həkimlər Birliyinin (HB) yaradılması tamamilə yeni bir ideyadır. Öncə respublikamızda müxtəlif analoji qurumlar yaradılmış, həkimlərin biganəliyi və digər çoxsaylı səbəblər üzündən fəaliyyət göstərə bilməmişdir. Bizim təklif etdiyimiz bu birliyin Azərbaycanda mövcud olan Assosasiya, cəmiyyətlər və Birliklərdən tamamilə fərqli bir funksional qurum olacağı nəzərdə tutulur.
24.09.2016 və 28.09.2016-cı il tarixlərində  www.moderator.az,  23.10.2019 cu il tarixdə www.muxalifet.az, www.azpolitika.az internet portallarında dərc olunan məqalələrə çoxsaylı rəylər bildirilmişdir. Güman edirəm ki, bu qurumun yaradılmasında həkimlər yaxından iştirak etməlidir. Əslində Birliyin ümdə vəzifələrindən biri qanunlar çərcıvəsində həkimlərin hüquqlarının müdafiəsini daha effektiv qurmaq, həkim sənətinin cəmiyyətdə prestijini yüksəltməkdir. Bundan əlavə HB həkim və xəstə münasibətlərinin sağlamlaşdırılmasına, həkimlərin peşə bacarıqlarının yüksəldilməsinə, hüquq müstəvisinə yüksəlmiş münaqişələrin obyektib həllinin tapılmasına da yardımçı olacaqdır. HB həkimlərin peşə sığortasının həyata keçirilməsini əsas fəaliyyət növlərindən biri hesab edir.
1.
Azərbaycan Respublikasında fəaliyyət göstərən hər bir həkimin ixtisasından, elmi dərəcəsindən, tutduğu vəzifəsindən, siyasi mənsubiyyətindən asılı olmayaraq ARHB – nin üzvü olması birbaşa onun mənafeyinə xidmət edəcəkdir.
2. Azərbaycan Respublikasının HB həkimlərin ödədiyi üzvlük haqqı, peşə fəaliyyətinin sığortalanması vəsaiti, ianələr və grantların hesabına fəaliyyət göstərməsi nəzərdə tutulur.
3. Həkimlərin tibbi yönümlü xarici təşkilatlarla əlaqələrinin yaradılmasında, qrant çərçivəsində fəaliyyət göstərən proqramlarda, tədqiqat işlərində iştirakın təmin edilməsində hüquqi, texniki və təşkilati dəstək baxımından yardımçı olacaqdır.
4. Hüquq müstəvisində araşdırılan mübahisəli situasiyaların, şikayətlərin və digər analoji halların obyektiv araşdırılmasina yardımçı olacaqdır,
5. Qurumun fəaliyyəti haqda hesabat mütəmadi olaraq kütləvi informasiya vasitələri ilə ictimaiyyətə açıqlanacaqdır.
6. Birliyin İdarə Heyəti bütün bölgələr üzrə təmsil olunmaqla yerli həkimlərdən təşkil olacaqdır.
7. Qurumun sədri və İdarə Heyəti seçki yolu ilə seçiləcək və Nizamnamə çərçivəsində fəaliyyət göstərəcəkdir.

 Hörmətli Həmkarlar!
Bu məqalə ilə mən Sizlərə qisa məlumatlar verdim. Əgər maraq doğuracaq müzakirəli məqamlar varsa, onları birgə müzakirə edə bilərik.
Hörmətli həkimlərə müraciət edərək bildiririrəm ki,  AR HB  ilə bağlı fikirlərini aşağıdakı internet ünvanı vasitəsilə  bildirsinlər:  dr.anb2019@gmail.com Eyni zamanda bu qurumun yaradılması və onun nizamnaməsinin hazirlanmasında bizə yardımçı ola bilərsiniz. Müzakirəmiz davam edəcək.

Qafar İskəndərov,
Tibb elmləri üzrə fəlsəfə doktoru,
Avropa endoskopik cərrahlar birliyinin üzvi,
Ali dərəcəli cərrah