Azərbaycanda həkim koronavirusdan vəfat etdi - DEPUTATDAN AÇIQLAMA

Baxış sayı:
1349

Bakıda həkim anestezioloq-reanimatoloq Ceyhun Hacıyev vəfat edib.
Deputat Qənirə Paşayeva həkimin koronavirusdan dünyasını dəyişdiyini bildirib.
Deputat qeyd edib ki, C.Hacıyev təhlükəli virusa rayona yas mərasiminə gedərkən yoluxub və əlamətlər hiss ediləndən sonra xəstəxanaya yerləşdirilib. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Ceyhun Hacıyev 1990-1997-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə-Profilaktika fakültəsində təhsil alıb. 1998-2015-ci illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında həkim anestezioloq-reanimatoloq vəzifəsində çalışıb. 2015-ci ildən özəl klinikların birində fəaliyyət göstərib./Report