Azərbaycanda helikopter satılır - 100 min manata

Baxış sayı:
11389

Azərbaycanda Mİ-8 MTV1 helikopteri hərraca çıxarılacaq.
Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.
Helikopter 1991-ci ildə istehsal olunub. "Azərbaycan Hava Yolları" QSC-yə aiddir. Bu hava nəqliyyatı vasitəsinin start qiyməti 100 min manat olacaq.
Qeyd edək ki, Mİ-8 MTV1 helikopter planeri hazırkı texniki vəziyyətinə görə istismar üçün yararsızdır.
Hərrac oktyabr ayının 1-də keçiriləcək.