​Azərbaycanda hakim meydandan qovuldu - Video

Baxış sayı:
1807

AFFA-nın yeni yaratdığı Region Liqasında qalmaqal yaşanıb.
Muxalifet.az xəbər verir ki, hadisə Sabirabadda baş verib. VI turda “Gənclik”lə Füzuli rayonunun eyniadlı komandası arasında keçirilən oyunda insident olub.
Meydan sahibi olan “Gəncliy”in qapısına penalti təyin edilməsinə etiraz edən azarkeşlər stadiona daxil olublar və penaltinin vurulmasına imkan verməyiblər. Azarkeşlər hakimi meydandan qovublar.
Beləliklə, hesab 1:1 olarkən oyun yarımçıq dayandırılıb.