​Azərbaycanda GÜCLÜ PARTLAYIŞ - Yaralı var - VİDEO

Baxış sayı:
2437

Abşeron rayonunun Xırdalan şəhərində partlayış olub.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, ümumi sahəsi 1080 m² olan (hər mərtəbəsi 360 m² sahədə) üçmərtəbəli binanın birinci mərtəbəsində yanğınla nəticələnən partlayış baş verib.
Yanğın nəticəsində 1 otağın qapısı və içərisində olan 20 ədəd karton tara yanıb.
Hadisə zamanı 1 nəfər xəsarət alıb.
Bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.