Azərbaycanda gənc qadınlar dəm qazından zəhərlədi, biri öldü

Baxış sayı:
1534

Sabirabad rayonunda dəm qazından zəhərlənmə hadisəsi qeydə alınıb.

APA xəbər verir ki, Şıxsalahlı kənd sakini, 1990-cı il təvəllüdlü Xəlilova Könül Vahid qızı hamam otağında yuyunarkən dəm qazından boğularaq ölüb. O, Şirvan şəhər xəstəxanasına gətirilərkən yolda vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Xaçmaz rayonunda da dəm qazından zəhərlənmə faktı qeydə alınıb. Çaykənarı kənd sakini, 1995-ci il təvəllüdlü Hacıbalayeva Gültəkin Zahid qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Xaçmaz Mərkəzi Rayon  Xəstəxanasına yerləşdirilib. 

Onun müalicəsi tibb müəssisəsinin reanimasiya şöbəsində davam etdirilir. 

Hadisənin səbəbləri araşdırılır.