​Azərbaycanda geoloji parklar yaradılacaq

Baxış sayı:
5908

Azərbaycanda xüsusi mühafizə olunan təbiət ərazilərinin yeni bir növü - geoloji parklar yaradılır. 
UNESKO-nun Qlobal Geoloji Parklar Şəbəkəsi Azərbaycanda geoloji parkların yaradılması təşəbbüsü ilə çıxış edib
Bununla bağlı “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” qanuna dəyişikliklər ediləcək.
Qanuna dəyişikliklərin qəbulundan sonra, bir sıra geoloji parkların, o cümlədən “Qobustan palçıq vulkanları” geoloji parkının yaradılması nəzərdə tutulur.