​Azərbaycanda FACİƏ: Yeni doğulan əkizlərdən biri öldü, digəri isə...

Baxış sayı:
10567

Lənkəran rayonunda yeni doğulan uşaq ölüb.
Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, dünən axşam saatlarında əkiz uşağa hamilə olan rayon sakini Günay Hüseynovanın halı qəfil pisləşib. Ailə üzvləri qadını təcili olaraq Lənkəran şəhər Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırıb. Burada əkizlərdən biri (oğlan) ölmüş vəziyyətdə dünyaya gəlib. Digər uşağın (qız) vəziyyəti isə ağırdır.
G.Hüseynovanın həyat yoldaşı hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, baş vermiş hadisədə həkimlər günahkardır və onlar barəsində tədbir görülməlidir.
Faktla bağlı Lənkəran rayon Prokurorluğunda araşdırma aparılır.