​ Azərbaycanda ermənilərə xidmət edən media şəbəkəsi - “DÜŞMƏN BİZİ ÖZ İÇİMİZDƏN YEMƏYƏ BAŞLAYIR”

 “Bununla bağlı ermənilərin böyük bir mexanizmi, sistemi işləyir”
 
Tanınmış jurnalist Mürtəza Bünyadlı Facebook səhifəsində sensasion açıqlama ilə çıxış edib. O yazır ki, Rusiyadakı erməni lobbisi bu ölkənin üzərindən Azərbaycan mediasını nəzarətə götürüb: “Rusiyadakı erməni lobbisi buna çox məharətlə nail oldu. Bunun bir bariz nümunəsi SPUTNİK.Az saytıdır. Onun başında duran Əziz Əliyev də ermənilərə xidmət edir... Onun ANASI ERMƏNİDİR... Ona Moskvada day-daylıq etdilər. Günün birində isə Azərbaycana göndərdilər.
İndi də burada at oynatmaqla məşğuldur. Geniş faktları yazıb başınızı yormaq istəmirəm. Lazım olsa, faktları da sadalaram...”.
 
Hurriyyet.org-un əməkdaşı mövzunun aktuallığını nəzərə alaraq Mürtəza Bünyadlıdan geniş müsahibə götürüb. Həmin müsahibəsini oxucularımıza təqdim edirk.
 
““Sputnik.az” faktiki ermənilərə xidmət edir”


- Mürtəza bəy, ermənilərin Rusiya üzərindən Azərbaycan mediasını ələ almaları haqqında açıqlama vermisiniz. Bu haqda vəziyyət həqiqətən ciddidir?
 
- Bəli, həqiqətən ciddidir. Ermənilər Azərbaycana müxətlif vasitələrlə öz təsirlərini göstərirlər. Ermənilər təkcə Rusya üzərindən yox, bir neçə ölkə üzərindən, müxətəlif istiqamətlərdən hər vasitə ilə Azərbaycanın informasiya blokadasını yarmasına mane olur və buna blok qoymağa çalışırlar. Burada bir neçə məqam var: Azərbaycanın informasiya məkanını yarmasının qarşısını almaq. İkincisi, müxtəlif vasitələrdən, təsirlərdən istifadə edib Ermənistan və özləri haqqında daha kəskin məlumatların qarşısını almaq və zərərsizləşdirmək. Və bacardıqları qədər buradakı müxtəlif adamlardan istifadə edərək, zərərsizləşdirmə oyunundan istifadə edirlər. Bəzən onlar burada 4-cü əldən istifadə edirlər. Məsələn, Rusiyada erməni lobbisi Rusiyanın rəsmi dariələrindəki təsirlərdən yararlanaraq, hətta oradakı nüfuzlu adamların əlindəki vasitələrdən istifadə edirlər. Belə faktlar  mövcuddur. Çox təəssüf ki, Rusiyada işləyən azərbaycanlı media işçilərini zərərsizləşdirmək, kənardarlaşdırmaq, işləyənləri bloka salmaq, Azərbaycan haqqında hər hansı bir məlumatı daha geniş yaymağa imkan verməməyə çalırşırlar. Azərbaycanda fəaliyyət göstərən “Sputnik.az” saytı da faktiki ermənilərə xidmət edir.
 
“Bizə dedilər ki, ermənilər əleyhinə kəskin yazılar olmasın”
 
-“Sputnik.az” saytının rəhbəri Əziz Əliyevin ermənilərə xidmət etdiyini deyirsiniz. Bu haqda əlinizdə hər hansı bir fakt varmı?
 
- Fakt odur ki, bu adam 90-cı illərə qədər Türkmənistan vətəndaşı olub. 90-cı illərdə Putin bu ölkəyə səfər edəndə Əziz Əliyev prezident qalan otelin administratoru kimi fəaliyyət göstərib. Orada böyük “çepe” yaranıb. O, bundan sonra bu ölkəni tərk etmək zorunda qalıb və bu günə qədər Əziz Əliyevin Türkmənistana getmək qadağası var. Onun anası erməni olduğuna görə, geri qayıdıb, Moskvada oxumuşdu. Ordakı ermənilər vasitəsilə Moskvada müxtəlif mediada işləyib. O zamanlarda “Ria-Novosti”nin Azərbaycan flialı var idi və həmin filiala onda Yenin rəhbərlik edirdi. Yenin geri çağrılandan sonra, Azərbaycanı tanıyan adam tapmaq lazım idi, onun üçün də Əziz Əliyevi tapıb göndərdilər. Əziz Əliyev ötən illərdə heç bir prosesə qarışmırdı. Amma “Ria-Novosti” ləğv olunub, onun yerinə “Sputnik.az” yarandı, proseslər o zamandan başladı. Biz o zaman orada idik. Bizim əsas hədəfimiz “Novosti Azərbaycan” olaraq kontur Ermənistana qarşı idi, onun işğalçı siyasətini ifşa edirdik. Arxasında bəzən Rusiyanın durduğu haqda məlumatlar yazırdıq. Bizim əsaəs hədəfmiz Azərbaycanın haqlı olduğunu ən azı rus dilli aləmə çatdırmaq idi. Amma tədricən hadisələr dəyişdi. Əvvəlcə “Rusiyanı tənqd etmək olmaz dedilər”, dedim yaxşı. Rusiya-Azərbaycan münasibətləri inkişaf edir. Burada bir az həmin maraqlar naminə o paralellikləri gözlədik. Düzdür, tənqidlər də olurdu. Sonra da dedilər ki, ermənilər əleyhinə kəskin yazılar olmasın. Belə olan halda, 2015-ci ilin sonunda bir çox adam oradan getdi. Getməyənlər də, hansı ki, maraqlar üzərində dayanırdı, onlarla da müqaviləni kəsməli oldular.
 
“Sputink. az” saytının son bir il yarımlıq fəaliyyətini analiz etsəniz, görəcəksiniz ki, orada siyasi məsələlər, Qarabağ, Ermənistanın işğalçılıq siayəsəti ilə bağlı yazlıar demək olar ki, arxa plana keçib. Əsas fəaliyyət sosial məsələlər üzərinə gətirilib. “Sputnik.az” və onun radiosu da birbaşa Rusiyanın dövlət büdcəsi ilə maliyyələşir və həmin şəbəkənin üzərində də dayanan Marqarita  Simonyandır. Bu Simonyan haqqında da yetərincə məlumat var, kim istəsə onunla maraqlana bilər. Düzdür, bununla bağlı “Haqqın.az” saytı bir neçə dəfə yazsa da, amma aidiyyatı qurumlar ciddi məşğul olmadılar. Təəssüf olsun ki, indi Əziz Əliyev burada “at oynatmaqla” məşğuldur, Azərbaycanda yetərincə nüfuza malikdir, söz sahibidir.
 
“Əziz Əliyevin Azərbaycana heç bir aiddiyyatı və bağlılığı yoxdur”
 
- Əziz Əliyevin erməni olduğunu iddia etdiyiniz anası hazırda harada yaşayır?
 
 -O, deyəsən Türkmənistanda yaşayıb, orada rəhmətə gedib, dəfn olunub. Əziz Əliyevin Azərbaycana heç bir aiddiyyatı və bağlılığı yoxdur. Guya, babasının babası Cənubi Azərbaycanlı olub  və 100 il bundan əvvəl Tehrandan köç edib. Yəni Azərbaycan üzərindən Türkmənistana köçüb, orada yaşayıb.
 
“Kiminsə anasının erməni olmasını əsas götürmürəm”
 
- Kiminsə anasının erməni olması faktı onun emənilərə işləməsi üçün əsas yaradırmı? Ona qalsa, bu gün hakimiyyətdə anası və yaxud arvadı erməni olan məmurlar var...
 
- Xeyr. Mənim də tanıdığım insanlar var ki, anası ermənidir. Amma faktiki Əziz Əliyevin bugünkü fəaliyyəti buna xidmət edir. İnsanları fəaliyyətinə görə dəyərləndirirlər. Onu blokirovat edənlər onun bir neçə dəfə buradan getməsinə nail olsalar da, sonradan Moskvadakı ermənilər ona dəstək verdilər. Ona qalsa, elə insanlar var  ki, anaları erməni olub, ermənilərə qarşı mərdcəsinə döyüşüblər. Həqiqətən millətindən, düşüncəsindən asılı olmayaraq, Azərbaycançı mövqeyni ortaya qoyan insanlar da var, məmurlar da tanıyıram ki, anaları ermənidir. Amma Əziz Əliyev birbaşa ermənilərin nəzarətində olan şəxsdir.
 
“Putin Türkmənistana səfər edəndə orada oteldə ona qarşı xoşagəlməz hadisə baş verib...”
 
- Əziz Əliyevin 90-cı illərdə Türkmənistandan qaçdığını deyirsiniz. Bu haqda daha geniş məlumat verə bilərsinizmi?
 
- Putin Türkmnənistana səfər edəndə orada oteldə Putinə qarşı xoşagəlməz hadisə baş verib. Ondan sonra, o, ölkəni tərk etmək məcburiyyətndə qalıb. Onunla olan bir neçə nəfər də olub, onlar həbs olunsa da, Əziz Əliyev oradan qaçıb. Ona görə, Türkmənistana dönə bilmir, qohumları ilə ya burada, ya da Rusiyada görüşür.
 
- Yazırsınız ki, Əziz Əliyevi Moskvadan Azərbaycan göndərdilər. Onu Azərbaycanda himayə edən qüvvələr varmı?
 
- Daha mən o tərəfinə keçmək istəmirəm.
 
“Ermənilərə xidmət edən media şəbəkəsi var”
 
- Konkret “Sputnik.az” ermənilərə xidmət edir, yoxsa daha geniş media şəbəkəsi var?
 
- Rusiyaya xidmət edən şəbəkə var. Amma mən bunun  konkret ermənilərin maraqlarını müdafiə etdiyini deyirəm. Əslində, ermənilərə də xidmət edən şəbəkə var. Elə bir şəbəkə olmasaydı, bir neçə gün bundan əvvəl hüqüq mühafizə orqanlarının keçirdikləri əməliyyat nəyə xidmət edirdi?! Bu təhlükəsizlik orqanlarının səlahiyyətində olan məsələlərdir. Onlar bilir ki, kimlər nəyə xidmət edir. Zərərsizləşdirə bildiklərini zərərsizləşdirirlər, bəzilərini nəzarətə götürürlər, bunlar var. Düşmən sakit oturmayıb. Düşmən bizi öz içimizdən yeməyə başlayır. Onlar daha hiyləgər və təhlükəli oyunlar qururlar. Bir nəfəri öz içimizə sızdırmaqla cəmiyyətdə inamsızlıq, etimadsızlıq mühiti fomalaşdırmğa çalışırlar. Bununla bağlı ermənilərin böyük bri mexanizmi, sistemi işləyir.
Düzdür, təhlüksizlik orqanları çalışır, bacardıqları qədər o işlərin qarşısını almaqla məşğuldurlar. İnanıram ki, onlar bu işlərin öhdəsindən gələcəklər.
(Hurriyyet.org)