Azərbaycanda dərs zamanı məktəbin tavanı uçdu - FOTOLAR

Baxış sayı:
2959

Kürdəmir rayonunda dərs zamanı orta məktəbin tavanı çöküb. Muxalifet.az A24.az-a istinadən xəbər verir ki, daxil olan məlumata görə, hadisə rayonun Qarasu kəndində yerləşən Elşad Qurbanov adına tam orta məktəbdə baş verib. Belə ki, dərs zamanı qəza təhlükəsi ilə üzləşən məktəbin kolidorunun tavanı qəfildən uçub. Xoşbəxtlikdən uçqun hadisəsi şagirdlər siniflərdə olan zaman baş verib və həmin vaxt kolidorda heç kim olmayıb. Hadisə nəticəsində xəsarət alan olmasa da, həmin günü şagirdlər evə buraxılıb və dərslər yarımçıq qalıb. Hazırda təhsil müəssisəsinin tavanının bərpa olunması üçün müvafiq təmir işlərinin aparıldığı bildirilir.