Azərbaycanda donuz qripi var - Canlı yayım

Baxış sayı:
5632

Ümumdünya Səhiyyə Təşkilatı və Azərbaycan Səhiyyə Nazirliyi ölkəmizdə donuz qripinin olub-olmaması ilə bağlı sualları cavablandırır.

Muxalifet.az axar.az-a istinaden xəbər verir ki, ÜST-nın nümayəndəsi Azərbaycanda heç bir laborator yoxlama aparılmadan 16 nəfərə "donuz qripi" diaqnozu qoyulması səbəbini bu cür aydınlaşdırıb:

"Ümumdünya Səhiyyə Təşkilatına müxtəlif ölkələrdə təsbit edilməyən analizlər göndərilir və orada yoxlanılması istənilir. Azərbaycandan da daxil olan analizlər nəticəsində burada 16 nəfərdə H1N1 virusu olduğu aşkarlanıb".

ÜST nümayəndəsi bildirib ki, Azərbaycanda təsbit edilən bu xəstəlik Gürcüstanda mövcud olan xəstəlikdir.