​Azərbaycanda doktorantura yaradılan elmi müəssisələrin sayı artırılıb

Nazirlər Kabineti “Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edib.
Muxalifet.az-ın məlumatına görə, dəyişikliyə əsasən doktorantura yaradılan elmi müəssisələrin sayı artırılıb.
 
Beləliklə, artıq Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində səhmləri dövlətə məxsus “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti fəlsəfə və elmlər doktoru hazırlayacaq.
 
Qeyd edək ki, Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar Cəmiyyəti  Azərbaycan prezidentinin 8 may 2014-cü il sərəncamı ilə yaradılıb.