Azərbaycanda dələduzluq edən şəxs Rusiyada saxlanıldı

Baxış sayı:
13885

Rusiyanın Sankt-Peterburq şəhərindəki Pulkovo hava limanında polis tərəfindən federal axtarışda olan 37 yaşlı şəxs saxlanılıb.
“Report” yerli KİV-ə istinadən xəbər verir ki, o, Azərbaycanda yol verdiyi dələduzluq əməlinə görə axtarışa verilib.
Bir ildir axtarışda olan saxlanılan şəxs külli miqdarda maddi ziyan vurmaqla dələduzluqda ittiham olunur.