Azərbaycanda dəhşətli qəza: sərnişinlər maşında YANARAQ ÖLDÜ: adlar - YENİLƏNİB

Baxış sayı:
4714

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə yanaraq ölən şəxslərdən birinin kimliyi məlum olub.
Muxalifet.az Oxu.az-a istinadən xəbər verir ki, bu, 1988-ci il təvəllüdlü Zəminə Mustafayevadır. 

***

09:32

Goranboyda ağır yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər maşında yanaraq ölüb.
Fövqəladə Hallar Nazirliyindən Muxalifet.az-a verilən məlumata görə, "Mercedes" markalı yük avtomobili ilə "Ford" markalı minik avtomobilinin toqquşması nəticəsində "Ford"da yanğın baş verib. 
Yanğının kəşfiyyatı zamanı minik avtomobilində şəxsiyyəti bilinməyən iki nəfərin yanmış meyiti aşkarlanıb. Cəsədlər yanğınsöndürənlər tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 
Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.