Azərbaycanda DƏHŞƏTLİ OLAY: İki maşının arasında qalıb öldü

Baxış sayı:
9862

Göygöl rayonunun Balçılı kəndi ərazisində yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Fevralın 12-də saat 9 radələrində Göygöl rayonunun Balçılı kəndi ərazisində kənd sakini M.İsmayılov idarə etdiyi “KamAZ” markalı avtomobili yolun kənarında dayanmış həmyerlisi N.Məmmədlinin idarə etdiyi “UAZ” markalı avtomobilə vurub. Bu zaman Gəncə şəhər sakini olan 55 yaşlı T.Allahverdiyev hər iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır./Publika