Azərbaycanda DƏHŞƏTLİ HADİSƏ: Toydan sonra ailənin 5 üzvü öldü - FOTOLAR

Baxış sayı:
1075

Ötən gecə Şəmkir rayonunda baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Şəmkir şəhəri Səməd Vurğun küçəsində "Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində həlak olan 5 nəfər rayonun Morul kəndinin sakinləri olub. Onlar dünən Şəmkir şəhərindəki “Gold Qafqaz” şadlıq evində yaxın qohumlarının toy mərasimində iştirak ediblər. toydan çıxıb kəndə qayıdarkən 2 avtomobil toqquşub və “VAZ 21011”də olan bir ailənin 5 üzvü vəfat edib.
Qeyd edək ki, qəza nəticəsində Şəmkir rayon Morul kənd sakinləri 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu, onun həyat yoldaşı,1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızı, bir yaşlı nəvəsi Əliyeva Həyat Rəşad qızı, qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı və qardaşı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu dünyasını dəyişib. Ailənin daha bir üzvü isə xəstəxanaya çatdırılıb, vəziyyəti ağırdır.
Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.//publika