​Azərbaycanda DƏHŞƏT: Taksi sürücüsünün boğazını üzdülər

Baxış sayı:
8485

Xaçmaz sakini bıçaqlanıb.
Muxalifet.az APA-ya istinadən xəbər verir ki, Xudat şəhərində taksi fəaliyyəti ilə məşğul olan, 1983-cü il təvəllüdlü Qasımov Elman Dərya oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Onun boğaz və sinə nahiyyəsinə 5 bıçaq zərbəsi endirilib. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Xaçmaz rayon Polis İdarəsində araşdırma başlanılıb. 
Hazırda cinayəti törədən şəxs və şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.