AZƏRBAYCANDA DAHA BİR İCRA BAŞÇISI HƏBS OLUNDU - DTX əməliyyat keçirdi

Baxış sayı:
19120

Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin xüsusi təyinatlıları Neftçala icra hakimiyyətinin binasına daxil olub.
 
Unikal.org-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, Neftçalanın icra hakimiyyətinin başçısı İsmayıl Vəliyev rüşvət alarkən DTX tərəfindən həbs edilib.
 
**
DTX icra hakimiyyətində əməliyyat keçirdi

Bir az əvvəl Dövlət Təhlükəsizliyi Xidmətinin içərisində xüsusi təyinatlılar olan dörd cipi Neftçala rayon İcra Hakimiyyətinin binası qarşısında dayanıb.
 
Unikal.org Haqqın.az-a istinadən xəbər verir ki, xüsusi təyinatlılar maşınlardan düşərək sürətlə binaya daxil olublar. Binanın qarşısında DTX əməkdaşları blok-post qurub, içəri heç kim buraxılmır.

Neftçalanın icra hakimiyyətinin başçısı hazırda İsmayıl Vəliyevdir.