Azərbaycanda daha bir dəhşətli qəza - 2 nəfər həlak oldu - VİDEO

Baxış sayı:
1176

Sabirabad şəhərində ölümlə nəticələnən ağır yol qəzası baş verib.
Muxalifet.az avtosfer-ə istinadən xəbər verir ki, hadisə saat 18:00 radələrində Hacıqabul-Horadiz avtomobil yolunun 43-cü km-də olub. 90-NN-718 dövlət qeydiyyat nişanlı BMV markalı minik maşını idarəetməni itirərək dirəyə dəyib, daha sonra yol kənarındakı hasara çırpılıb.
Qəza zamanı 2 nəfər dünyasını dəyişib. Fakt araşdırılır.
Son məlumata görə, qəza nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb. Qəza zamanı Usubov Vüqar Qismət oğlu və onun qızı Usubova Nuridə Qismət qızı həlak olublar. Avtomobildə olan digər şəxslər, Usubov Əmirağa Qismət oğlu və Məmmədov Nicat İlkin oğlu isə xəsarət alıblar. Yaralılar Şirvan şəhər mərkəzi xəstəxanasına yerləşdirilib.