Azərbaycanda daha 534 nəfər koronavirusa yoluxdu - 5 NƏFƏR DƏ ÖLDÜ

Baxış sayı:
1303

Azərbaycanda 534 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 304 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 16 424 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 9 026 nəfər müalicə olunaraq sağalıb, 198 nəfər vəfat edib, 7 200 nəfərin müalicəsi xüsusi rejimli xəstəxanalarda davam etdirilir.