Azərbaycanda daha 20 şagirddə koronavirus aşkarlandı

Baxış sayı:
1954

Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.

Nazirlikdən bildirilib ki, 13 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub. 

Daha 20 şagird və 16 işçidə koronavirus aşkarlanıb.

4 sinif distant təhsilə keçib.

İndiyə qədər ölkə üzrə bir məktəb, 27 sinifdə tədris dayandırılıb və distant təhsilə keçirilib.