Azərbaycanda daha 167 nəfər koronavirusa yoluxdu – 3 NƏFƏR VƏFAT ETDİ

Baxış sayı:
3578

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 167 yeni yoluxma faktı qeydə alınıb, 148 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Muxalifet.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 899 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 264 nəfər müalicə olunaraq sağalıb, 541 nəfər vəfat edib, aktiv xəstə sayı 2 094 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 869, ötən müddət ərzində isə ümumilikdə 942 265 test aparılıb.