Azərbaycanda daha 14 nəfər koronavirusdan öldü - SON SUTKADA YOLUXMA SAYINDA CİDDİ ARTIM OLUB

Baxış sayı:
1030

Azərbaycanda koronavirusa (COVID-19) 1364 yeni yoluxma faktı qeydə alınıb, 768 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 14 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 13614 nəfərdir.

Ölkədə son sutka ərzində 13290, hazırkı dövrədək isə 1404543 test aparılıb.

Ümumi ölənlərin sayı 794 nəfərdir.

Ümumi yoluxanların sayı 60873 nəfər, ümumi sağalanların sayı 46465 nəfərdir.