Azərbaycanda da İŞİD-in yatmış əsgərləri var? - Rus ekspert açıqladı: “İŞİD ORADA GİZLƏNİR”

Baxış sayı:
12886

Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB Rusiya) İŞİD-in Orta Asiyada Əfqanıstan mərkəzi yeni bir təşkilat qurduğu ilə bağlı xəbərdarlığını rus akademik Andrey Zdrojevski Türkiyənin “Akşam” qəzetinə müsahibəsində şərh edib.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Alexander Bortnikov ötən günlərdə İŞİD-in bir tərəfdən Hindistan və Pakistanın ucqar bölgələrində özlərinin əyalətlərini qurduqlarını, digər tərəfdən də Özbəkistan, Azərbaycan, Tacikistan və Qırğızıstanın hücrə quruluşuna keçdiyini bəyan eləmişdi. Rusiya FTX-nin ötən il bu bölgədə 8 İŞİD hücrəsini çökdürdüyünü söyləyən Bortnikov 5 min nəfərdən artıq yaraqlının bu ölkələrdə düşərgə salmağa başladığını vurğulayıb.

Suriya və İraqdan qovulmuş İŞİD-in Orta Asiyada yenidən təşkilatlanıb baş qaldırması təhlükəsini Rusiyanın Moskva Dövlət Universitetinin Beynəlxalq Əlaqələr bölümünün rəhbəri professor Andrey Zdrojevski belə şərh edib: “İŞİD Suriyadakı məğlubiyyətinin ardından ikihissəli struktura keçdi. Dünyanın diqqəti Yaxın Şərqə çevrildiyi üçün İŞİD-in Pakistan və Hindistanın şimalında, Əfqanıstanın dağlıq bölgələrində və Orta Asiya respublikalarının içərisində silahlı mübahizəyə hazırlaşdığına hələ diqqət yetirmirlər. İŞİD yox olmadı, sadəcə yerini, məkanını, coğrafiyasını dəyişdirdi”.

Hədəfləri qaçqınlığı, demoqrafik köçü yaymaqdır

Akademik deyib: “Rusiya kəşfiyyatının xəbərdarlığı İŞİD-in digər dini qruplaşmaları da radikallaşdıraraq silahlı torruşmaya yönəldə biləcəklərini və bölgənin sabitliyini ciddi şəkildə sarsıda biləcəyini göstərir. İŞİD-in bölgədə xaos yaradıb Yaxın Şərqdə etdiyi kimi bir qaçqın, köçkün axını yaratmaq və bu insan axınını Orta Asiya ölkələri kimi, Rusiyanın da içərisinə doğru daşımaq məqsədi güddüyünü düşünürəm”.

Bəlli olduğu kimi, İŞİD-in Yaxın Şərqdəki tarixi rolu, İsrail ilə qonşuluqda yerləşən Suriya Ərəb Respublikasının əhalisinin Türkiyə və Almaniya dövlətlərinə axın eləməsinə səbəb olması oldu. Nəticədə, digər Avropa ölkələrindən fərqli olaraq, qapılarını qaçqın selinin üzünə bağlamayan Türkiyənin və Almaniyanın demoqrafik quruluşunda ciddi dəyişiklik baş verdi. Həmçinin, Suriyanın şimalında YPG/PKK yaraqlılarının müəyyən bölgələri işğal eləyib “özəlləşdirilməsinə” şərait yarandı (Bax: http://hurriyyet.org/xeber/israil_metuatindan_pkkypg-ye_dstk_israil_de_evveller_bir_xeyal_idi?fbclid=IwAR0-N9PB29TmbsdRFSna-dLzXUSR6x452aoF3vfT-1N4lzrPpRMPA5Sdvn0 ).

“Türk-rus əlaqələri güclü əhəmiyyətə malikdir”

Akademik deyib: “Türkiyənin Rusiya ilə birgə təhlükəsizlik fəaliyyəti çox mühümdür. İlk növbədə təhdidin yayıldığı bölgələrin türk respublikaları olması, bu ölkələrin Rusiya və Türkiyə ilə çox yaxın bağlarının mövcudluğu və həm Türkiyə, həm də Rusiyanın hal-hazırda bu terror təşkilatına qarşı ortaq mübarizə təcrübələrinin olmasına əsaslanaraq, Türkiyənin də regionun təhlükəsizliyi üçün ciddi rol oyBelçikada narazılığa səbəb olan pivə "Bazarstore"də-  İnsan sidiyinin... (FOTO+VÄ°DEO)naya biləcəyini düşünürəm”.

Hurriyyet.org