Azərbaycanda çağırışçılar arasında koronavirusa yoluxma qeydə alınıb - VİDEO

Baxış sayı:
1685

"Koronavirus dünyəvi bir problemdir. Bu pandemiya məsələsi qalxanda Ali Baş Komandanın tapşırığı ilə Azərbaycan Ordusu dərhal karantin tədbirləri həyata keçirdi, bütün şəxsi heyət - əsgərlər, zabitlər karantinə alındı, hərbi hissələrə giriş-çıxış məhdudlaşdırıldı. Hətta təminata gedən texnikalar dezinfeksiya olundu".

Bu sözləri Müdafiə naziri general-polkovnik Zakir Həsənov Real TV-nin “Mir Şahinin vaxtı” verilişinə müsahibəsində deyib.

"Şəxsi heyəti gün ərzində 3 dəfə termometriya edirlər və bizim öz labaratoriyamız var. Biz bu analizləri özümüz keçiririk. Bu məsələdə bizə Dövlət Təhlükəsizliyi Xidməti böyük dəstək oldu. 

Ümumiyyətlə, Ali Baş Komandan orduda gedən proseslərin hamısını ciddi nəzarətdə saxlayır. Bizim birinci vitse-prezident də orduda gedən məsələləri nəzarətdə saxlayır, göstərişlər verir, pandemiya ilə mübarizədə dəstək olur.

Şəxsi heyət arasında görülən tədbirlər nəticəsində xəstələnmə faktı yox idi, ancaq karantin tədbirləri yumşalandan sonra gediş-gəliş başladı və çağırış həyata keçirildi. Çağırışçılar arasında bir-iki fakt qeydə alındı", - deyə Z.Həsənov əlavə edib./Qafqazinfo