Azərbaycanda bu xəstələrin sayı 5 dəfədən çox artıb – PROFESSORDAN XƏBƏRDARLIQ

Baxış sayı:
7405

Son 13 il ərzində Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı artıb. Ötən il ölkədəki talassemiya xəstələrinin sayı 2017-ci illə müqayisədə azalsa da, ümumilikdə son 13 il ərzində göstərici 5 dəfədən çox artıb. 2018-ci ildə Azərbaycanda müalicә-profilaktika müәssisәlәrindә qeydiyyatda olan talassemiya xəstələrinin sayı 3 700 olub. Bu say 2017-ci ildə 3 835, 2015-ci ildə 2 593, 2010-cu ildə 1 650, 2005-ci ildə 656 nəfər təşkil edib. “Trend”də təqdim olunan statistikaya görə, Ötən il qeydiyyatda olan talassemiya xəstələrinin 2 046-sı 17 yaşa qədər uşaqlar olub. 2018-ci ildə ölkədə 418 nəfərə ilk dәfә şəkərli talassemiya diaqnozu qoyulub ki, bu say da 2005-ci ildə 302 olub. Keçən il ilk dəfə talassemiya diaqnozu qoyulmuş xəstələrin 232-si 17 yaşa qədər uşaqlardır. 2005-ci ildə əhalinin hәr 100 000 nәfәrindən 7,8-nə ilk dəfə talassemiya diaqnozu qoyulduğu halda, 2018-ci ildə bu göstərici 37,5-ə yüksəlib. Mövzu ilə əlaqədar olaraq professor Adil Qeybulla “Yeni Sabah”a danışıb. O bildirib ki, erkən diaqnoz bu xəstəliyin artmasının qarşısını alır: “Ümumiyyətlə, Azərbaycanda talassemiya xəstələri və gen daşıyıcıları da az deyil. Ayrı-ayrı rayonlarda eritrositlərin kaskulyar həcmlərinin aşağı olması hemoqlapatiyanın bir işarəsidir. Sonra xəstəni göndəririk Qan Köçürmə İnstitutuna, orada dəqiq şəkildə yoxlanılır. Sonradan aydın olur ki, kimlər talassemiya xəstəliyi daşıyıcılarıdır. Hazırda evlənənlər arasında da bu cür müayinələr aparılır. Əslində məntiqlə düşünsək, talassemiya mərkəzi açıldıqdan sonra talassemiya xəstələrinin artımı azalmalı idi. Çünki talassemiya xəstəliyinin daşıyıcıları erkən aşkar olunur. Belə insanların gələcəkdə uşaqlarında talassemiya riski varsa, onlara xəbərdarlıq edilir, hamiləliyə nəzarət olunur. Bu mərkəz proqram yerinə yetirməli idi. Hər halda artım varsa, əlbətdə ki, məsuliyyəti o orqan daşıyır. Gərəkki, azalaydı. Düzdür, tam bu xəstəliyi kökündə yox etmək olmaz, çünki gen daşıyıcılığı Azərbaycnda var. Amma istənilən halda xəstə uşaqların doğulmasının qarşısını almaq üçün real imkan var. Nə üçün bu imkan və resurslardan tam bəhrələnməyib onu deyə bilmərəm”. Tanınmış həkim televiziyalarda belə xəstəliklərin təbliğatının aparılmasının vacibliyini vurğulayaraq xəbərdarlıq edib: “Mən düşünürəmki, nikaha girən vətəndaşların hamısı yoxlanılır, müayinə olunur. İnsanlar özləri də yoxlanmağa maraqlı olmalıdırlar. Erkən diaqnoz qoyulmalıdır, çünki bu xəstəliklə doğulan uşaq ailə üçün faciədir. Ailənin bütün həyatı, strukturu pozulur. Burada təbliğatdan da çox şey asılıdr. Televiziyada gedən boş-boş verlişlərdənsə, belə xəstəliklərin təbliğatının aparılmasına fikir vermək daha yaxşı olardı. İnsanlar bu istiqamətdə təsəvvürləri yanlışdır, onları düzgün yönləndirmək lazımdır”.