Azərbaycanda bu sahədə işləyənlər 4 min manat maaş alırlar - SİYAHI

Baxış sayı:
487

Xəbər verdiyimiz kimi, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2018-ci ilin müvafiq dövrünə nisbətən 11,7%  artaraq 603 manat 50 qəpik olub. 
Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlarada bildirir ki, əmək haqqı neft sektorunda 3 min 68,9 manat, qeyri-neft sektorunda 547,8 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əmək haqları 494,8 manat, özəl müəssisələrdə isə 742,3 manat olub.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı ölkə üzrə orta göstəricidən yüksək olub.
Ən yüksək əmək haqqı mədənçıxarma sənayesində qeydə alınıb - ayda 3 min 13,9 manat, ən aşağı əmək haqqı isə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sahəsində qeydə alınıb - ayda 323,2 manat.
Digər sahələrdə həm dövlət, həm də özəl sektorda orta aylıq nominal əmək haqqı bu cür olub:

İqtisadi fəaliyyət növləri
 
Cəmio cümlədən
dövlətqeyri-dövlət
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq342,7289,5399,7
Mədənçıxarma sənayesi3 013,91 433,43 988,4
Emal sənayesi618,9719,2599,9
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı628,4627,6658,3
Su təchizatı, tullantıların təmizlənməsi və emalı429,1387,2824,5
Tikinti714,2599,8760,9
Ticarət; nəqliyyat vasitələrinin təmiri444,8440,7444,8
Nəqliyyat və anbar təsərrüfatı828,5831,1823,6
Turistlərin yerləşdirilməsi və ictimai iaşə557,8820,2548,3
İnformasiya və rabitə984,7703,01 348,0
Maliyyə və sığorta fəaliyyəti1 648,81 667,01 644,5
Daşınmaz əmlakla əlaqədar əməliyyatlar544,5464,4607,8
Peşə, elmi və texniki fəaliyyət1 150,1533,12 054,3
İnzibati və yardımçı xidmətlərin göstərilməsi372,4318,7519,2
Dövlət idarəetməsi və müdafiə; sosial təminat698,7725,3247,4
Təhsil412,0404,6658,2
Əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi323,2314,4387,1
İstirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət382,0333,7941,8
Digər sahələrdə xidmətlərin göstərilməsi595,0722,6579,1
Kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq342,7289,5399,7
Ölkə üzrə – cəmi603,5494,8742,3