Azərbaycanda bu rayonlarda koronavirusa yoluxma sürətlə artır - VİDEO

Baxış sayı:
1822

Azərbaycanda karantin rejimi yumşaldıqdan sonra bəzi məhdudiyyətlər aradan qaldırılıb. Yumşaldılmadan sonra son günlər bir-neçə rayonda yoluxma hallarında artım müşahidə olunur. Əsas səbəb isə insanların qayda və qadağalara əməl etməməsidir.

Göyçay və Cəlilabadda aparılan müşahidələr belə deməyə əsas verir.

Nə sosial məsafəni qoruyurlar, nə də maskadan istifadə edirlər. Kafe və çayxanalarda da qaydalara riayət edən yoxdur.

Karantin rejimi yumşaldıqdan sonra bəzi məhdudiyyətlər aradan qaldırılsa da bir-neçə rayonda yoluxma hallarında artım müşahidə olunur. Bu rayonlardan biridə Göyçay rayonudur. Görüntülərdən bəlli olur ki, rayon ərazisində karantin qaydalarına riayət olunmur. Qaydalara uyğun olaraq nə ara məsafəsi saxlanlır, nə maska taxılır, nə də gigyenik qaydalara riayət olunur.

Maska taxmayanlara Göyçay rayon polis əməkdaşları lazımı ləvazımatlar paylayaraq onlarla praflaktik söhbətlər aparıb.

Operativ Qərargahın açıqlamasına görə yoluxma sayının sürətlə artdığı rayonlardan biri də Cəlilabaddır. Burada da səbəb vətəndaşların qadağalara laqeyd yanaşmasıdır. Sakinlər karantin rejimini kobud şəkildə pozaraq heç nə olmamış kimi darvanıb sosial məsafə gözləmədən maskasız hərəkət edirlər.

Rayon polis şöbəsindən bildirilib ki, ərazidə reydlər davam etdiriləcək. Qaydalara əməl olunmasa, cərimələr tətbiq olunacaq./Yenisabah.az