​Azərbaycanda bu nazirin səlahiyyətləri artırıldı

Baxış sayı:
3208

Kənd təsərrüfatı nazirinin səlahiyyətləri artırılıb.
Muxalifet.az xəbər verir ki, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmana əsasən "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişikliklərdə əksini tapıb.
Dəyişikliklərə əsasən artıq kənd təsərrüfatı naziri nazirliyə aid edilmiş məsələlər üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verəcək, dövlət büdcəsindən ayrılan vəsaitin, büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına qanunvericiliklə müəyyən edilmiş əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edəcək.