Azərbaycanda bu görüntülər Novruz bayramına görə çəkilibmiş... - VİDEO

Baxış sayı:
2800

Bakı Media Mərkəzi Novruz bayramı ilə bağlı maraqlı videolar hazırlayıb.

"Qafqazinfo" xəbər verir ki, sadə vətəndaşlar  və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanan  kəndirbazın “Alov qüllələri” üzəridəki təhlükəli keçidi, milli papaq formasında böyük Novruz xonçasının mərkəzi Azneft meydanını bəzəməsi, Metropolitenin xidmətindən istifadə edən qoz, fındıq, badam “komandası”, piyada keçidindən yuvarlanaraq keçən rəngli yumurtalar, şəkərbura yelkənli paxlava -qayıq və s. videolar Bakı Media Mərkəzinin Novruz bayramına qeyri-adi hədiyyəsidir.

Mərkəzin yaradıcı kollektivi xalqımızın ən sevimli bayramının atributlarını məhz belə fərqli formada izləyicilərə təqdim etmək qərarına gəldilər. Ümid edirik ki, bu videolar,  bir anda bəşəriyyətin “baş bəlasına” çevrilən –“Koronavirus” xəstəliyinin bütün dünyada tüğyan etdiyi bir dövrdə sizi təmkinli olmağa, əhvalınızı daim yüksək  tutmağa yardım edəcək.