Azərbaycanda “BMW” aşdı – Qadın öldü

Baxış sayı:
9283

Goranboy rayonunda ağır yol qəzası qeydə alınıb.
Muxalifet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, sentyabrın 18-də saat 18 radələrində Goranboy rayonunun Balakürd kəndi ərazisində Tərtər rayon sakini T.Allahverdiyev idarə etdiyi “BMW” markalı avtomobili aşırıb. Nəticədə avtomobildəki sərnişin - Abşeron rayon sakini Günel Manafova hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Goranboy RPŞ tərəfindən araşdırma aparılır.