Azərbaycanda bələdiyyə sədri qəzada öldü

Baxış sayı:
7285

Samux rayonunun Tatlı kəndi ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az-ın report-a istinadən məlumatına görə, idarəetmədən çıxan "Mersedes" markalı avtomobil öncə ağaca dəyib, ardınca isə yol kənarındakı su kanalına düşüb.
Nəticədə avtomobilin sürücüsü Sakit Verdiyev hadisə yerində ölüb.
Ölən şəxsin Goranboy rayon Baxçakürd kənd bələdiyyəsinin sədri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.