​AZƏRBAYCANDA BİABIRÇI HADİSƏ: “Qayınatam mənə dedi ki, gəl, səni saxlayım” – FOTOLAR​

Baxış sayı:
8978

Azərbaycanda qayınatanın oğlundan ayırdığı gəlininə əxlaqsız təkliflər etdiyi iddia edilir.
Qəbələ rayonunda Mənsimov Rəsul Cavanşir oğlu ilə ailə quran Sevinc Mənsimova qayınatası tərəfindən başına gətirilən dəhşətli hadisəni A24.Az-a danışıb.
Gəlin iddia edib ki, qayınatası ona qarşı əxlaqsız hərəkətlər edib. Sevincin sözlərinə görə, Mənsimov Cavanşir ona illər öncə təcavüz etməyə cəhd göstərib. Lakin buna nail ola bilməyib:
“Yoldaşımla dalaşıb ayrılmışıq. Bir həftədir onu ailəsi gizlədir. Görə bilmirəm. Rəsul mənə dedi ki, məni ailəm səndən ayrılmağa məcbur edir. Yoldaşımla aramız dəyəndən sonra qayınatam mənə dedi ki, gəl, səni saxlayım. Uşağa da, sənə də sahib çıxıram. Dedim, sən necə atasan? Axı mən sənin gəlininəm. Cavab verdi ki, Allah eləməsin, sən mənim gəlinim olasan. Qayınatam hələ 2 il bundan əvvəl mənə təcavüz etməyə cəhd edib”.
Daha sonra Sevinc qayınatasının ona atdığı böhtanlardan da danışıb:
“Yoldaşımı qayınanamla baldızım yoldan çıxardı. Biz Oğuza uşağı peyvənd olunması üçün gətirmişdik. Sonra yoldaşım dedi ki, daha səni istəmirəm. Səninlə elə-belə evlənmişəm. Biz onunla qaçaraq evlənmişdik. Ona başqa qız almaq istəyirdilər. Bu səbəbdən qaçmaq məcburiyyətində qalmışıq. Qayınanamgil deyirdilər ki, mən ərə gələndə bakirə olmamışam. Lakin ərim polis bölməsində izahat yazdı ki, biz evlənəndə bakirə olmuşam. Bunlar qayınatamın şər-böhtanıdır”.
İddiaları dəqiqləşdirmək üçün Cavanşir Mənsimovla əlaqə saxladıq. Bildirdi ki, bütün bu iddialar gəlininin uydurmasıdır. O, Sevincin ruhi xəstə olduğunu söylədi:
“Gəlinin adında 9 cinayət işi var. O neçə insanı şərləyib. İndi də mənə şər-böhtan atır. Mən Daxili İşlər Nazirliyinə müraciət edəcəyəm. Xahiş edəcəm ki, bu qızı araşdırısınlar. Neçə oğlanı şərləyib. Hazırda həmin insanlar həbsxanadadır. Guya 4 oğlan onu zorlamaq istəyib. Guya bu o qədər gözəldir ki, bütün respublika bunu zorlaya-zorlaya gedir. Hamıya şər atır ki, guya bunu zorlamaq istəyirlər. Mənim gəlinim dəlidir. Bütün sənədlərimizi götürüb gedib. Mən ona demişəm ki, gəl sənə də, uşağına da övladım kimi baxım. Körpə uşaq küçədə qalıb, onun heç bir günahı yoxdur”.