Azərbaycanda bank sektorunun aktivləri azaldı

Baxış sayı:
12145

Bu il aprelin 1-nə Azərbaycanın bank sektorunun aktivləri 29 846,9 milyon manat təşkil edib.
Bu, martın 1-i ilə müqayisədə 0,35% az, ötən il aprelin 1-nə nisbətən isə 6,95% çoxdur.
Bankların aktivlərinin 11 231,2 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 17,05% böyüyüb, kreditlərin aktivlərdəki payı isə 34,4%-dən 37,6%-ə yüksəlib.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 6,2% artaraq 25 533,2 milyon manata, o cümlədən depozit portfeli 11,1% artaraq 18 572 milyon manata çatıb. Bunun 8 253,5 milyon manatı fiziki, 10 318,5 milyon manatı isə hüquqi şəxslərin depozitləridir. İl ərzində əhalinin banklardakı vəsaitləri 8,9%, şirkətlərin banklardakı vəsaitləri isə 12,9% artıb.
Son 1 ildə bankların Azərbaycan Mərkəzi Bankı qarşısında öhdəliyi isə 33,65% azalaraq 331,1 milyon manata düşüb.
Sektorun cəmi kapitalı isə 11,4% artaraq 4 313,7,8 milyon manata çatıb./report