​Azərbaycanda avtomobil istehsalı rekord həddə çatır

Baxış sayı:
5233

2018-ci ildə Azərbaycanda avtomobil və qoşqu istehsalının həcmi 14,3 milyon manat həcmində proqnozlaşdırılır.
Muxalifet.az xəbər verir ki, bu barədə 2019-cu və növbəti 3 il üçün proqnoz göstəriciləri və Azərbaycanın sosial-iqtisadi inkişaf konsepsiyasında bildirilir.
Proqnozlara əsasən, yaxın illərdə avtomobil və qoşqu istehsalı artacaq. Belə ki, bu göstəricinin 2019-cu ildə 31,7 milyon manat, 2020-ci ildə 56 milyon manat, 2021-ci ildə 85,3 milyon manat, 2022-ci ildə isə 113,3 milyon manat həcmində olacağı proqnozlaşdırılır.
Minik avtomobillərinin istehsalının 7 min ədədək çatdırılması nəzərdə tutulur. 2019-cu ildə 600, 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və 2023-cü ildə 7 min ədəd avtomobilin istehsalı planlaşdırılır.
Azərbaycanda yük avtomobillərinin də istehsalı artacaq, Belə ki, proqnozlara əsasən 2019-cu ildə 55, 2020-ci ildə 843, 2021-ci ildə 752, 2022-ci ildə 721 və 2023-cü ildə 782 ədəd avtomobil istehsal olunacaq.
Ötən il isə bu göstərici 0,1 milyon manat təşkil etmişdi.