​Azərbaycanda avtomobil dərəyə aşdı, sürücü öldü

Baxış sayı:
5866

Daşkəsən rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Muxalifet.az-ın məlumatına görə, hadisə Daşkəsən - Əmirvar avtomobil yolunun Gurbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Gurbulaq kənd sakini, 1975-ci il təvəllüdlü Razayev İlqar Həmid oğlu "VAZ-2121" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın dərəyə aşıb. Ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya aparılarkən yolda keçinib.
Faktla bağlı Daşkəsən rayon Polis şöbəsində araşdırma aparılır.