​Azərbaycanda avro ilə əməliyyatların həcmi azalıb

Baxış sayı:
9157

2018-ci ilin I rübündə ölkənin valyuta bazarında qeyri-nağd əməliyyatların həcmi artıb.
Muxalifet.az xəbər Mərkəzi Banka istinadən verir ki, qeyri-nağd valyuta bazarında aparılan əməliyyatların həcmi 4.8 mlrd. ABŞ dollar ekvivalentində olub.
Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11.2% çoxdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%-i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə ABŞ dolları ilə valyuta əməliyyatlarının həcmi 12.4% artıb. Avro ilə əməliyyatların həcmi isə 12.1% azalıb.
Qeyd edək ki, qeyri-nağd valyuta əməliyyatlarının 29%-i banklararası valyuta bazarında (BVB), 71%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılıb.