​Azərbaycanda artan cinayətlərin SƏBƏBİ ORTAYA ÇIXDI - Dəhşətə gələcəyiniz MƏQAMLAR

Son günlər Azərbaycanda baş verən cinayət hallarının ardı-arası kəsilmir. Azğınlaşmış cinayətkarların qurbanları isə çox zaman azyaşlılar olur. Bu hal ən çox gənc valideynləri təşvişə salır. Artıq övladlarımız üzərində nəzarəti daha sərt həddə çatdırmaq, pedofil xəstələrin tələsindən qorumaq məcburiyyətindəyik.
Publika.az cəmiyyətimizə yad olan bu cür vəhşi cinayətlərin səbəbini araşdırmaq məqsədilə həkim-dietoloq Leyla Zülfüqarovaya müraciət etdi.

Leyla xanım, qeyd edir ki, artıq mütəxəssislər həyəcan təbili çalmaq məcburiyyətindədirlər, çünki sabah gec ola bilər:
“Düşünürəm ki vətəndaş və mütəxəssis olaraq hər birimiz öz mövqeyimizi bildirməliyik. Son zamanlar baş verən cinayət hallarının kökündə bir neçə səbəb durur. Ən başlıca səbəb isə Geni Modifikasiya Olunmuş, yəni dəyişdirilmiş qidalardır. Tibbi dildə buna sadəcə GMO deyirik. Hər gün qəbul etdiyimiz GMO qidalar insanlarda quduzluq sindromunu yaradır. Zənnimcə, başlıca səbəb də budur. Əgər bir neçə il bundan əvvəl bu cür qidaların xərçəng və s. kimi xəstəliklərin yaranmasına səbəb olacağından qorxurduqsa, indi problem daha da ciddiləşib. Artıq bu xəstəliklər insanın sinir sistemində pozğunluq yaradır. Törətdiyi əməllərin sonunu düşünməyəcək qədər azğınlaşdırıb, manyaklaşdırır.
GMO qidalara ən çox kütləvi hal alan fast food kafe və restoranlarında yayılıb. Burada satılan qamburger, çizburger, nagetslər vücudumuzun birinci düşmənidir. Bundan əlavə Koka-Kola və bu kimi digər içkilərin də tərkibi dəyişdirilmiş məhsullardır. Geni dəyişdirilmiş qidaları qəbul edərkən metobolizm prosesi zamanı zərərli maddələr bağırsaqlarda toplanır və həzm olunmur. Bu isə öz növbəsində sinir sisteminə mənfi təsir göstərir, get-gedə əsəblər tarıma çəkilir, beyin keyləşir və yaddaş problemi yaranır".

Fəst fuddan əlavə hansı qidalarda rast gəlinir GMO-ya?

Leyla Zülfüqarova sualı belə cavablandırır: "Bugün ölkəmizdə Geni Modifikasiya olunmuş qidaların istehsalı və istehlakı qadağan edilib. Lakin qaçaqçılar istənilən yolla bu zəhərli qidaları Azərbaycana gətirməyin üsullarını tapırlar. Baxın, son illər rəngləndirici maddələrdən hazırlanmış süni tərəvəzlərdən tutmuş, saxta yumurta və kapron materiallı düyüyədək hər cür qidaya rast gəlirik. Pomidorların tərkibə əqrəb genləri yeridildiyini bilirdizmi? Təsəvvür edirsinizmi insan orqanizminə əqrəb geni düşərsə nələr baş verər? Orqanizmin beyinlə əlaqəsi tədricən zəifləyir. Bu qidaları qəbul edən insanlarda mərhəmət hissindən söhbət gedə bilməz".

Leyla xanım, fast-fud və bu kimi digər qidalar əsasən meapolislərdə, böyük şəhərlərdə daha geniş yayılıb. Bəs ucqar kəndlərdə, təmiz təbiət, təbii qidanın olduğu bölgələrimizdə baş verən cinayət hallarını nə ilə əlaqələndirirsiniz?
"Hazırda içdiyimiz çayın, suyun da tərkibi dəyişdirilib. Bundan əlavə ucqar bölgələrimizdə insanlar tibbi cəhətdən maaariflənmədikləri üçün müalicəsi gərəkən xəstələri cəmiyyətdən təcrid edib, xəstəxanalara yerləşdirmir, psixi problemlərinə rəğmən insanların xüsusən də uşaqların əhatəsində sərbəst dolanmasına icazə verirlər".
Bəs, cəmiyyətimizi GMO-dan əlavə hansı zərərli ünsürlərdən qorumalıyıq?
"Özümüzü ilk növbədə siqaret, spirtli içkilər, evlərimizdə və ofislərdəki vay-fay dalğaları və təbii ki, narkotik maddələrdən qorumalıyıq. Çünki son illər hədsiz dərəcədə artan intihar, boşanmalar və digər cinayət hallarının səbəbi məhz bunlardır".
Pedofiliya mövzusunu davam etdirmək məqsədilə daha bir müsahibə müraciət etdik.
Avropa Parlamentinin İnformatika sahəsi üzrə mütəxəssisı Qjeqoş Borovski Pedofiliya ilə mübarizə məqsədilə gənc valideynləri təlimatlandırdı: "Pedofiliya ilə mübarizə aparmaq hər bir müasir valideynin borcudur. Pedofillər hər yerdədir. Onlaran real həyatda rast gəlmiriksə, o demək deyil ki, bizim övladlarımız üçün təhlükə yoxdur. Hər gün sosial şəbəkələrdə uşaqlarımızın onlarla şəkillərini paylaşırıq. Bu fotoşəkilləri izləyən pedofil xəstələr balacaların xüsusən də çılpaq fotoşəkillərinə baxaraq, zövq alırlar. Ən acınacaqlısı isə, sosial şəbəkələrdə övladınızın getdiyi bağçanın və ya məktəbin ünvanı haqda məlumat paylaşmaqdır. Uşaqlarınızın məktəbə getdiyi ilk günü, əlifba bayramını və digər şəxsi məlumatları internetə yerləşdirməyin. Unutmayın pedofil manyaklar izinizə düşməkdən də çəkinmirlər.

Hörmətli valideynlər, övladlarımızı qorumaq üçün onların üzərində daimi nəzarəti gücləndirməli, internetdən istifadəni müəyyən yaş dövrünədək qadağan etməliyik. Ünsiyyətdə olduqları yaşıdlarının ailələri və müəllimləri ilə də davamlı ünsiyyətdə olmalıyıq. Ən əsası isə, elə şərait yaratmalıyıq ki, istənilən problemlərində ilk olaraq çəkinmədən bizə müraciət etsinlər.